Google və Yandex-dakı dostlarınızla çatlaşın

Posted by rustam on February 7, 2010  |  2 Comments

Yandex və Google ilə çatBox.az istifadəçiləri artıq yalnız öz aralarında deyil, həmçinin Google və Yandex-dakı dostları ilə də çatlaşa biləcəklər.

Box.az Çatı genişlənərək digər çat xidmətləri ilə əlaqə yaratmağa başladı. Bunlardan ilk ikisi rusiyanın ən böyük portallarından olan Yandex və dünyanın nəhənglərindən olan Google oldu.

Əgər sizin əlaqə qurmaq istədiyiniz şəxs Google Talk/Gmail və ya Yandex Online-dan istifadə edirsə, sadəcə onun poçt ünvanını “Çata dəvət et” qutusuna daxil edib onunla çatlaşmaq istədiyinizi bildirin. Həmin şəxsin poçt ünvanı müvafiq olaraq @gmail.com, @googlemail.com, @ya.ru, və ya @yandex.ru sunluqlarından biri ilə bitməlidir. Bundan sonra siz həmin şəxslə adi qaydada çatlaşa biləcəksiniz.

Filed Under: Xəbərlər

Facebook-da Box.az-ın azarkeşi ol

January 31, 2010   |  9 Comments

Box.az-ın bütün yenilikləri indi Facabookda da yayımlayancaq.
Əgər siz də Facebookdan istifadə edirsinizsə, o zaman bizim Facebookdakı azarkeşlər siyahısına qoşulun! Bunun üçün bloqumuzdakı Facebook loqosundan və ya sağdakı azarkeş qutusundan isitfadə edin.
Həmçinin bizim Facebook səhifəmizə birbaşa daxil olub aşarkeş ola bilərsiniz: www.facebook.com/Box.az
Sadəcə azarkeş olmaqla kifayətlənmək istəməyənlər Facebookdakı dostlarını da dəvət edə bilərlər .

Spam və Spama Qarşı Mübarizə

December 9, 2009   |  24 Comments

Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və onları əngəlləmək üçün görülən tədbirlərə nəzər salacayıq.
Ümumiyyətlə Box.az-a gələn spamları 2 qrupa bölmək olar: xarici və yerli spamlar.

Əlavələri yükləmək üçün yeni alət

November 1, 2009   |  39 Comments

Çox zaman məktub göndərərkən ona şəkil, video və ya başqa sənədlər əlavə edirik. Əlavə olunan faylın ölçüsü 1MB-dan böyük olduqda bu bir qədər vaxt ala bilər. Bu faylı yükləyən adamda sual yaranır ki “mənim faylımın nə qədəri yüklənib, nə qədəri qalıb?“,  “bəlkə heç fayl yüklənmir, bağlantıda problem var?“. Bu problem zəif, dial-up bağlantılarında daha da [...]

Box.az çatına smayliklar və başqa yeni funksiyalar əlavə olundu.

October 6, 2009   |  5 Comments

Box.az çatına bir sıra əlavələr etdik. Ən əhəmiyyətlisi smaylikların əlavə olunmasıdır. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda istifadə edilə biləcək simvol kombinasiyaları və onlara uyğun smayliklar göstərilib.
Həmçinin çata göndərdiyiniz linklər artıq avtomatik olaraq tanınacaq və üzərinə basılan zaman yeni pəncərədə açılacaq.
Son olaraq çat sisteminə avtomatik qoşulmağı əlavə etdik. İnternet bağlantısından və ya başqa problemlərdən dolayı çat [...]

Box.az-ı twitterdə izləyin

September 11, 2009   |  1 Comment

İndi Box.az-ı twitterdə də izləyə bilərsiniz:
http://twitter.com/boxaz
Əgər siz Box.az haqqında tvitterdə yazırsınızsa, o zaman tvitə #boxaz əlavə edin. Beləliklə tvitterdə “boxaz” açar sözü axtarıldıqda sizin tvitləriniz də görsənəcək.
Əlavə olaraq, bloqumuzdakı xəbərləri soldakı işarəyə başaraq re-tweet edə bilərsiniz.
Uğurlu tvitlər!

Box.az-ın 9 yaşı tamam oldu

August 8, 2009   |  7 Comments

Yaşımızın üstünə bir yaş da gəldi. Azərbaycan internet məkanında ən yaşlı internet saytlarından biri olmağımıza baxmayaraq, həmişə yeniliklərlə gənc və müasir qalmaq üçün çalışırıq.
Elə ona görə də istədim keçən 1 il ərzində görülən əsas islərin hesabatını təqdim edim:

Yeni interfeys əsas oldu və ehtiyat üçün Sadə interfeys əlavə olundu (əlavə məlumat üçün http://blog.box.az/2009/07/kohne-yeni-ve-sade-interfeys/). 2000-ci ildən fəaliyyət [...]

Bloqda canlanma

July 14, 2009   |  4 Comments

Bloqumuz işə düşdüyü gündən çalışmışıq əsas xəbərlər haqda məlumat verək. Lakin fikrimcə bu yetərli deyil. İstifadəçilərimizlə daha da sıx ünsiyyətdə olmaq üçün blog.box.az -ı daha tez-tez yeniləyəcəyik.
İstərdik ki istifadəçilərimiz də bizimlə daha sız əlaqədə olsunlar və yazılarımızı şərh etsinlər. Çalışacayıq şərhləri cavablandıraq və maraqlı müzakirələr açaq.
Əgər bloq-da olmayan hər-hansı məsələ sizi maraqlandırırsa o zaman sadəcə [...]

Köhnə, Yeni, və Sadə İnterfeys

July 9, 2009   |  Comments Off

Yarandığı ilk gündən Box.az artıq “köhnə” adlandırdığımız interfeys vasitəsilə istifadəçilərə xidmət edirdi. Bu interfeys çox sadə HTML-dən ibarət idi. Bir çox istifadəçimizi də məhz bu sadəlik cəlb edirdi. Lakin hər şey kimi internet texnologiyaları da inkişaf edir…